SİYASƏT
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
Vaşinqton, 24 fevral, AZƏRTAC
“Twitter” şəbəkəsinin nümayəndələri bir neçə ölkə ilə bağlı 373 akkauntun bloklandığını elan ediblər.
AZƏRTAC “Twitter”in bəyanatına istinadla xəbər verir ki, həmin akkauntlar platformada qəbul edilmiş manipulyasiya siyasətini pozduqlarına görə şəbəkədən kənarlaşdırılıb.
Bu akkauntlardan 35-i Ermənistana mənsub və ya Ermənistanla bağlı olub. Onlar sosial şəbəkədə Azərbaycana hücum məqsədilə yaradılıb.
Şirkətin bəyanatında deyilir: “373 əlaqəli akkaunt bizim manipulyasiya siyasətimizi pozduqlarına görə həmişəlik bloklanıb”.
AZƏRTAC-ın Vaşinqton bürosu