ELM VƏ TƏHSİL


Tyutor hazırlığı üzrə təlim proqramı keçirilir

Bakı, 12 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən tyutor (akademik məsləhətçi) hazırlığı üzrə təlim proqramı keçirilir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə təhsil qanunvericiliyi, tələbələrlə davranış qaydaları və onlarla işin psixoloji xüsusiyyətləri, ingilis dili səviyyəsinin yüksəldilməsi və s. məsələlər barədə məlumat verilir.

Ödənişli əsaslarla distant formada (“Microsoft Teams” platformasında) təşkil olunan təlim fevralın 25-dək davam edəcək.

Sonda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara imtahandan topladıqları ballara uyğun sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.