MƏDƏNİYYƏT
“ÜÇ QIZ” BAKIDA ÇƏKİLİR
Rejissor Murad İbrahimbəyov “Üç qız” adlı yeni bədii filmin çəkilişlərinə başlamışdır. Filmdəki hadisələr Bakının bu günlərində cərəyan edir.
Dedektiv janrda çəkilən bu film Azərbaycanın və Rusiya Federasiyasının mədəniyyət mərkəzlərinin birgə sifarişi ilə lentə alınır. Ekran əsərinin sponsoru “İbrus” kompaniyasıdır.
Filmdə rusiyalı aktyorlarla bərabər azərbaycanlı kino ustaları da iştirak edirlər. Çəkiliş qrupu üzvlərinin əksəriyyəti Moskvadan gəlmişdir.
Hazırda İçəri şəhərdə, Suraxanıda, Dövlət mədəniyyət və incəsənət muzeyində və paytaxtın müxtəlif yerlərində filmin çəkilişləri üzərində yaradıcılıq işləri aparılır.
Yaradıcı heyət filmi sentyabr ayının sonunadək başa çatdırmaq niyyətindədir.
“Üç qız” filminin təqdimat mərasimi Bakıda keçiriləcəkdir.