İDMAN


UCI “Tour de France” çoxgünlük veloyürüşü 2021-ci ilə təxirə salınıb

Bakı, 29 iyul, AZƏRTAC

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) nüfuzlu “Tour de France” çoxgünlük veloyürüşünün keçirilmə vaxtında dəyişiklik edib. Belə ki, yarış 2021-ci il iyunun 26-dan iyulun 18-dək keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Təqvimə görə, mötəbər yarış 2020-ci il iyunun 26-dən iyulun 18-dək təşkil olunmalı idi. Lakin koronavirus pandemiyasına görə payıza - avqustun 29-dan sentyabrın 20-dək təxirə salınmışdı.

“Tour de France” 1903-cü ildən keçirilir və “Giro d'Italiya” və “Vuelta” ilə yanaşı ən nüfuzlu velosiped yarışlarından biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.