İQTİSADİYYAT
UCQAR KƏNDDƏ YENİ RABİTƏ ŞÖBƏSİ AÇILMIŞDIR
Yeni ilin ilk günündə İmişli rayonunun ucqar yaşayış məntəqələrindən olan Qulubəylim kəndində müasir tipli poçt şöbəsi istifadəyə verilmişdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni rabitə xidməti obyekti “Azərpoçt”un İmişli rayon şöbəsinin daxili imkanları hesabına inşa edilmişdir. Poçt şöbəsi zəruri avadanlıqlarla təchiz olunmuş, burada şəhərlərarası və beynəlxalq telefon danışığı kabinəsi təşkil edilmiş, ölkə daxilinə və Azərbaycanın hüdudlarından kənarlara bağlamalar, pul baratları və digər poçt əmanətləri göndərmək üçün hərtərəfli imkan yaranmışdır. Kənddəki pensiyaçılar öz təqaüdlərini almaqdan ötrü bundan sonra rayon mərkəzinə getməyəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]