DÜNYA


UCUZ ÇÖRƏK: YENİ TEXNOLOGİYA

Bakı, 27 aprel (AZƏRTAC). Ukraynanın Vinnitsa vilayətinin sakini Konstantin Kosmaç çörəyin qiymətini iki dəfə aşağı salmağa imkan verən texnologiya yaratmışdır.

Layihənin mahiyyəti ondan ibarətdir ki, çörək bişirmək üçün un deyil, taxıl almaq lazımdır. Özü də bu məqsədlə birinci növ deyil, 4-cü və 5-ci növ taxıldan istifadə etmək daha yaxşıdır. Taxıl undan ucuzdur, onun daşınması və saxlanması da ucuz başa gəlir.

Taxıldan bişirilən çörək daha faydalıdır, vitaminləri və mikroelementləri özündə qoruyub saxlayır. Belə çörək yaxşı həzm olunur, halbuki undan bişirilən çörəyin yalnız 15 faizi həzm olunur. Emal edilmiş taxıl tam steril olduğundan, ondan bişirilmiş çörək kif bağlamır.

Məsələ bundadır ki, taxıl infraqırmızı şüalarla emal olunur. Texnologiyaya əsasən, taxıl xüsusi aqreqata tökülür və müəyyən emaldan sonra qızdırılmış taxıl dənələri özləri partlayırlar. Son nəticədə aqreqatdan yoğurulmaq üçün hazır kütlə çıxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.