ELM VƏ TƏHSİL


UDİD və Minor proqramlarına qeydiyyat başlanıb

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi Universitetdaxili İki Diplom (UDİD) və Minor əlavə təhsil proqramlarına sənəd qəbulu başlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, UDİD proqramına qoşulmaq üçün tələbənin ayrı-ayrı fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71-100 bal arası olmalıdır. Qeydiyyat maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə aparılır.

Minor proqramına qoşulmaq üçün isə ÜOMG minimum 65 bal olmalıdır.

Birinci və ikinci kursu bitirən tələbələr Minor proqramına UNEC-in bakalavr səviyyəsi üzrə bütün ixtisasları (23 ixtisas) üzrə qoşula bilər.

Sənəd qəbulu avqustun 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.