İDMAN
UEFA 2019-2020-ci il mövsümündə rekord gəlir əldə edəcəyini gözləyir
Bakı, 7 fevral, AZƏRTAC
UEFA 2019-2020-ci il mövsümündə rekord gəlir əldə edəcəyini gözləyir.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə qurumun maliyyə direktoru Yozef Koller İtaliyanın paytaxtı Romada keçirilən konqresdə məlumat verib.
O bildirib ki, UEFA-nın 2019-2020-il mövsümü üçün büdcəsinin gəlirləri əsasən Avropa çempionatının hesabına artacaq: “Gəlirlərin rekord məbləğdə - 5 milyard 725 milyon avro olacağını planlaşdırırıq. Qarşıdakı Avropa çempionatının gəlirləri 2 milyard avrodan çox olacaq. 2016-cı ildə keçirilmiş Avropa çempionatının gəlirləri isə 1,9 milyard avro təşkil edib”.
Qeyd edək ki, Avropanın 12 şəhəri - Bakı, Sankt-Peterburq, Buxarest, Budapeşt, Münxen, Amsterdam, Kopenhagen, Roma, Bilbao, Dublin, London və Qlazqo şəhərləri “Avro 2020”nin oyunlarına ev sahibliyi edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]