İDMAN


UEFA 2021-2023-cü illər Çempionlar Liqasının final matçlarına ev sahibliyi edəcək stadionları elan edəcək

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Lyublyanada (Sloveniya) Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Gündəlikdə duran ən mühüm məsələlərdən biri də 2021-2023-cü illər Çempionlar Liqasının final matçlarına ev sahibliyi edəcək stadionların elan edilməsidir. Onlardan birincisinə Rusiyanın Sankt-Peterburq şəhəri iddia edir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyanın şimal paytaxtının rəqibi artıq dörd dəfə bu turnirlərə ev sahibi etmiş Almaniyanın Münxen şəhəridir. Beləliklə, Sankt-Peterburq və bu şəhərdə iki ilə əvvəl açılmış “Qazprom-Arena” stadionu öz tarixində ilk dəfə Çempionlar Liqasının final matçını qəbul edə bilər. Həmçinin 2021-ci ildə bu şəhərin 2017-ci il Konfederasiya Kuboku və 2018-ci il dünya çempionatı üzrə təcrübəsinə 2020-ci ildə Avropa çempionatının keçirilməsi də əlavə oluna bilər. Gələn il bu turnirin 60 illiyi qeyd olunacaq və UEFA bu münasibətlə çempionatı 12 müxtəlif Avropa şəhərində, o cümlədən Sankt-Peterburqda keçirməyi qərara alıb. Rusiyanın şəhərində qrup mərhələsinin 3 matçı və dörddəbir final oyunlarından biri təşkil ediləcək.

Qeyd olunub ki, bundan əvvəl Rusiyanın yalnız bir şəhəri Avropa kuboklarının final matçına ev sahibliyi edib. UEFA Kubokunun və Çempionlar Liqasının həlledici oyunlarından biri 1999-cu və 2008-ci illərdə Moskvanın “Lujniki” stadionunda keçirilib.

İyunda Sankt-Peterburqun 2021-ci il Çempionlar Liqasının final matçının keçirilməsi üzrə şansını qiymətləndirən UEFA-nın icraçı direktoru Martin Kallen bildirib ki, Rusiyanın müraciəti əladır. “Çox gözəl şəhər, dünya çempionatı matçlarının keçirildiyi yeni arena – hər şey əla təşkil olunub”, -deyə o əlavə edib.

Avqustun sonunda AP agentliyi UEFA-dakı mənbələrə istinadla xəbər verib ki, artıq qərar qəbul olunub. Həmin məlumata görə, finallar xronoloji qaydada Sankt-Peterburqun “Qazprom-Arena”, Münxenin “Alyants-Arena” və Londonun “Uembli” stadionlarına veriləcək.

UEFA İcraiyyə Komitəsinin iclasında 2021-ci il Avropa Liqasını final matçı ilə bağlı da qərar qəbul olunacaq. BU matça ev sahibliyi etmək uğrunda iki rəqib – Gürcüstanın Tbilisi və İspaniyanın Sevilya şəhərləri mübarizə aparırlar. Eyni zamanda, 2021-ci ildə UEFA Superkubokunun matçının yeri də müəyyən ediləcək. Bu oyuna ev sahibliyi etmək uğrunda rəqiblər isə Belarusun Minsk, Finlandiyanın Helsinki, Şimali İrlandiyanın Belfast və Ukraynanın Xarkov şəhərləridir.

İcraiyyə Komitəsi qoşa oyunların reqlamentini və 2020-ci il Avropa çempionatının noyabrın 30-da Buxarestdə keçiriləcək püşkatmasını da təsdiq edəcək. Həmin vaxtadək 24 iştirakçı komandadan 20-si müəyyən ediləcək, daha dörd yığma isə 2020-ci ilin martında keçiriləcək qoşa matçların nəticələri əsasında məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.