İDMAN


UEFA Avropa Liqası: Bakı finalında iştirak edəcək ilk komanda müəyyənləşib

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının Bakı finalında iştirak edəcək ilk komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu ingilis klubu “Arsenal” komandasıdır.

“Arsenal” yarımfinal mərhələsində İspaniyanın “Valensiya” klubunu mübarizədən kənarlaşdırıb.

“Arsenal” öz meydanında 3:1 hesablı qələbədən sonra səfərdə “Valensiya” komandasının qonağı olub.

Görüşdə hesabı erkən qolla ispaniyalılar açıb. Matçın 7-ci dəqiqəsində Rodriqonun cinah ötürməsini Kevin Gameiro dəqiq zərbə ilə tamamlayıb. Qoldan altı dəqiqə sonra London təmsilçisi hesaba tarazlıq gətirib. Pyer Emerik-Obameyanq adını tabloya yazdırıb.

Fasilədən sonra “Arsenal” yenidən fərqlənməyə nail olub. Bu dəfə “Arsenal”ın digər qol silahı Aleksander Lakazette komandasını finala daha da yaxınlaşdırıb. Görüşün 58-ci dəqiqəsində hesab yenidən bərabərləşib. Bu dəfə meydan sahibləri hesaba tarazlıq gətirib. Kevin Gameiro dublun rəsmiləşdirib. Bu da oyunda son qol olmayıb. Qarşılaşmanın 69-cu dəqiqəsində “Arsenal” yenidən hesabda önə keçib. Pyer Emerik-Obameyanq özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, “Arsenal” iki oyunun nəticəsinə əsasən, UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına vəsiqə qazanan ilk komanda olub.

“Qarabağ”la birgə “E” qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarımfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın “Renn” (1:3, 3:0) və İtaliyanın “Napoli” (1:0, 2:0) komandalarından güclü olub.

“Valensiya” isə yarımfinala kimi Şotlandiyanın “Seltik” (2:0, 1:0), Rusiyanın “Krasnodar” (2:1, 1:1) və İspaniyanın “Villyareal” (3:1, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, mərhələnin digər oyununda “Çelsi” öz meydanında Almaniyanın “Ayntraxt” komandasını qəbul edir. Həmin görüşdə hesab bərabərdi - 1:1. İlk görüşdə bu hesabla başa çatdığı üçün qalibi müəyyən etmək üçün əlavə olunmuş dəqiqələr oynanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.