İDMAN


UEFA Avropa Liqası: “Başakşəhər” səfərdə “Sportinq”ə məğlub olub

Bakı, 21 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 20-də futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin turnirdə yeganə təmsilçisi “Başakşəhər” səfərdə Portuqaliyanın “Sportinq” komandasının qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Sportinq”ın heyətində Sebastian Koates, Sporar Andraz və Lusiano Vietto fərqləniblər. “Başakşəhər”in yeganə qoluna isə Edin Vişca imza atıb.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibi İspaniyanın “Sevilya” klubu isə səfərdə Rumıniyanın “ÇFR Kluj” komandası ilə heç-heçə edib - 1:1.

Günün digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

“Şaxtyor Donetsk” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 2:1;

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Zaltsburq” (Avstriya) - 4:1;

“Lüdoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) - 0:1;

“Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) - 1:1;

“ÇFR Kluj” (Rumıniya) – “Sevilya” (İspaniya) - 1:1;

“Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) - 1:1;

“Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) - 2:0;

“Sportinq” (Portuqaliya) – “Başakşehir” (Türkiyə) - 3:1.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri fevralın 27-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.