İDMAN


UEFA Avropa Liqası: “Fənərbağça” “Anderlext”ə 2-0 hesabı ilə qalib gəlib

Bakı, 8 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyənin “Fənərbağça” futbol klubu Belçikanın “Anderlext” komandasına 2-0 hesabı ilə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissədə isə fənərbağçalı futbolçular rəqibə daha çox təzyiq etməyə başlayıblar. “Fənərbağça”ya qalibiyyəti gətirən qolları 71-ci dəqiqədə Mathieu Valbuena və 74-cü dəqiqədə Michael Frey vurublar. Rəqibin oyunçusu Bakkali 79-cu dəqiqədə ikinci sarı vərəqə alaraq, meydançanı tərk edib.

Beləliklə, 4 oyundan sonra UEFA Avropa Liqasının D qrupunda xallarının sayını 7-yə çatdıran “Fənərbağça” ikinci sırada yer alıb. Birinci yerdə “Dinamo Zaqreb” (3 oyun, 9 xal), üçüncü yerdə “Spartak Trnava” (3 oyun, 3 xal), dördüncü yerdə isə “Anderlext” (4 oyun, 1 xal) qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.