İDMAN


UEFA Avropa Liqası: “Fənərbağça” öz meydanında "Zenit"i məğlubiyyətə uğradıb

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 12-də UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin ilk görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbulun “Şükrü Saracoğlu” stadionunda keçirilən görüşdə “Fənərbağça” Rusiyanın “Zenit” klubunu qəbul edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Matçın yeganə qoluna 21-ci dəqiqədə İslam Slimani imza atıb. Oyunun 44-cü dəqiqəsində Peterburq təmsilçisinin heyətində Mak penaltidən yararlana bilməyib.

Bu komandalar arasında cavab qarşılaşması fevralın 21-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.