İDMAN
UEFA Avropa Liqası: “Milan” və “Çelsi” səfərdə qələbə qazanıb
Bakı, 21 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 20-də UEFA Avropa Liqasının birinci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, İtaliyanın “Milan” klubu səfərdə Lüksemburqun “Dudelang” komandasının qonağı olub. Birinci hissədə hesab açılmasa da milanlılar qarşılaşmanın 59-cu dəqiqəsində Qonsalo Hiquayinin qolu ilə səfərdə minimal hesabla qələbə qazanıb.
İngiltərənin “Çelsi” komandası da səfərdə Yunanıstanın PAOK klubunu 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu matçın 7-ci dəqiqəsində braziliyalı Vilyam vurub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
AEK - "Cürix" - 0:1
"Ludaqorec" - "Bayer Leverkuzen" -2:3
"Seltik" - "Rosenborg" -1:0
"Leypsiq" - "Zalsburq" - 2:3
"Kopenhagen" - "Zenit" - 1:1
"Slaviya Praqa" - "Bordo" - 1:0
"Dinamo Zaqreb" - "Fənərbaxça" - 4:1
"Spartak Trnava" - "Anderlext" - 1:0
"Arsenal" - "Vorskla" - 4:2
"Olimpiakos" - "Real Betis" - 0:0
"Rapid" - "Spartak Moskva" - 2:0
"Vilyareal" - "Qlazqo Reyncers" - 2:2
"Lazio" - "Apallon Limassol" - 2:0
"Marsel" - "Ayntraxt" - 1:2
"Beşiktaş" - "Sarpsborg" - 3:1
"Genk" - "Malmö" - 2:0
"Akhisarspor" - "Krasnodar" - 0:1
"Sevilya" - "Standart" - 5:1
"Dinamo Kiyev" - "Astana" - 2:2
"Renn" - "Yabloneç" - 2:1
"Vidi" - BATE - 0:2.