İDMAN


UEFA Avropa Liqası: “Neftçi”-HİK matçında qalib müəyyənləşməyib

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Neftçi” klubu Finlandiyanın HİK komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edib.

“Neftçi”nin start heyətində Aqil Məmmədov, Mamadu Mboc, Voislav Stankoviç, Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Soareş, Romen Bask, Yusuf Laval, Samir Buqrin, Mamadu Kane və Xəyal Nəcəfov yer alıblar.

HİK-in heyətində isə meydana Yakob Tonnander, Yanne Saksela, Deniel O Şonessi, Jair, Lukas Linqman, Roope Riski, Luis Karlos Murilyo, Miro Tenho, Valtteri Moren, Devid Braun və Filip Valençiç çıxıblar.

Komandaların cəhdlərinə baxmayaraq birinci hissədə hesab açılmayıb. İlk hissədə “Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. Qarşılaşmanın 17-ci dəqiqəsində qolkiper Kamran İbrahimovla əvəzlənib.

İkinci hissəyə Bakı təmsilçisi daha fəal başlayıb. Görüşün 59-cu dəqiqəsində “Neftçi” hesabı açıb. Bakı təmsilçisinin heyətində Samir Buqrin baxımlı qol ilə yadda qalıb. İki dəqiqə sonra qonaq komandanın heyətində Roope Riski hesaba tarazlıq gətirib. Matçın 65-ci dəqiqəsində “Neftçi”nin müdafiəsində olan boşluqdan istifadə edən Jair HİK-i hesabda önə çıxarıb. On beş dəqiqə sonra “Neftçi”nin kapitanı Emin Mahmudov standart vəziyyətdən baxımlı qola imza atıb. Komandaların cəhdlərinə baxmayaraq matçda qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torşavn” (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.