İDMAN


UEFA Avropa Liqası: “Olimpiakos” - “Qarabağ” – 0:3

Bakı, 7 oktyabr, AZƏRTAC

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” - “Qarabağ” oyununda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Georgios Karaiskakis stadionunda keçirilən matçın 86-cı dəqiqəsində Azərbaycan millisinin üzvü Ramil Şeydayov fərqlənib – 3:0.

Matçda əvvəlki qolları Kvabena Ovusu və Marko Veşoviç vurublar.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

Qrupun digər oyununda “Frayburq” Almaniyada Fransanın “Nant” klubunu qəbul edir. Həmin oyunda Almaniya təmsilçisi öndədir – 2:0.

Hesabında 6 xal olan “Frayburq” qrupda birinci pillədə qərarlaşıb. “Qarabağ” 3 xalla ikinci, “Nant” isə üçüncü yerdədir. “Olimpiakos”un isə hesabında xal yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.