İDMAN


UEFA Avropa Liqası: “Olimpiakos” klubu “Arsenal”ı səfərdə məğlub edib

Bakı, 28 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün onaltıdabir final mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Yunanıstanın “Olimpiokos” klubu səfərdə İngiltərənin “Arsenal” komandasının qonağı olub.

Görüş yunanların 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə öz meydanında minimal (1:0) hesabla məğlub olan “Olimpiokos” səfərdə vurduğu iki qolla növbəti mərhələyə yüksəlir.

Bu mərhələnin saat 23:45-də başlayan görüşlərində aşağıdakı hesablar qeydə alınıb.

“Ayaks” (Hollandiya) – “Xetafe” (İspaniya) 2:1, (birinci oyun 0:2);

“Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - 1:2, (1:0);

“Benfika” (Portuqaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna) - 3:3, (1:2);

“Seltik” (Şotlandiya) – “Kopenhagen” (Danimarka) - 1:3, (1:1);

“İnter” (İtaliya) – “Ludoqorets” (Bolqarıstan) – 2:1, (2:0);

“Mançester Yunayted” (İngiltərə) – “Brügge” (Belçika) - 5:0, (1:1);

“Sevilya” (İspaniya) – “ÇFR Kluj” (Rumıniya) – 0:0, (1:1).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.