İDMAN


UEFA Avropa Liqası: “Qarabağ” və “Vilyarreal” komandalarının start heyəti açıqlanıb

Bakı, 29 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün saat 21:55-də futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi II turu çərçivəsində Ağdamın “Qarabağ” klubu növbəti oyunun keçirəcək.

AZƏRTAC xəbər verir ki, I qrupunda yer alan Ağdam təmsilçisi ikinci sınağında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.

“Köhlən atlar” Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyunu İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçirəcək.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Ovusu Kvabena, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.

“Vilyarreal”in ilk onbirliyində isə meydana Xeronimo Rulyi, Alfonso Pedrasa, Xaume Kosta, Pau Torres, Xuan Foyt, Ruben Penya, Samuel Çukvueze, Visente İborra (kap.), Manu Trigeros, Takefusa Kubo vəKarlos Bakka çıxacaqlar.

Matç Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Görüşün əsas hakimi Referi Pavel Orelə olacaq. Ona həmyerliləri Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.

Hər iki komandanın heyətində oyun öncəsi itkilər var.

“Qarabağ”da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır.

“Vilyarreal”da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaqlar.

Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ilk oyununda İsrailin “Makkabi Təl-Əviv” komandasına uduzub - 0:1. “Vilyarreal” isə öz meydanında keçirdiyi görüşdə “Sivasspor”a qalib gəlib - 5:3.

Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveçin "Molde" kollektivinə penaltilər seriyasında uduzaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə düşüb. Burada isə Polşanın "Legiya" klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.