İDMAN
UEFA Avropa Liqası: “Qarabağ”ın müdafiəçisi reytinq cədvəlində ilk beşlikdə yer alıb
Bakı, 22 sentyabr, AZƏRTAC
“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top uzaqlaşdıran futbolçuların siyahısında yer alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yarışın rəsmi feysbuk səhifəsi paylaşım edib.
İyirmi beş yaşlı müdafiəçi 2 görüşdə 8 dəfə buna müvəffəq olub. B.Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.
İlk sırada Ağdam təmsilçisinin qrupdakı rəqibi Fransa “Nant” klubunda çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstanın “Ferentsvaroş” komandasının üzvü Sami Mmae (11) 2-ci pillədədir.
Qeyd edək ki, birinci turda Almaniyada “Frayburq”a 1:2 hesabı ilə uduzan “Qarabağ” növbəti oyununda Bakıda “Nant”ı 3 cavabsız qolla məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]