İDMAN


UEFA Avropa Liqası: “Sevilya” qalib gəlib, “Trabzonspor” isə məğlub olub

Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 24-də UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun daha 12 qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın A qrupdakı rəqibi İspaniyanın “Sevilya” klubu öz meydanında Lüksemburqun “Düdelaj” komandasını qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra “Sevilya” 9 xalla qrupda vahid liderdir. Aktivində 4 xalı olan “Qarabağ” ikinci, 3 xalla “Düdelanj” üçüncü, bir xalla APOEL isə dördüncü yerdə qərarlaşıb. Qeyd edək ki, qrupda ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Türkiyə təmsilçiləri üçüncü turda öz oyunlarını doğma meydanda keçiriblər. “Trabzonspor” Rusiyanın “Krasnodar” klubuna 0:2, “Beşiktaş” isə Portuqaliyanın “Braqa” komandasına 1:2 hesabı ilə uduzub. Yalnız “Başakşehir” Avstriyanın “Volfsberq” kollektivinə qalib gəlməyi bacarıb - 1:0.

Üçüncü turun bütün oyunlarında aşağıdakı hesablar qeydə alınıb:

A qrupu:

“QARABAĞ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2;

“Sevilya” (İspaniya) - “Düdelanj” (Lüksemburq) - 3:0.

B qrupu:

“Dinamo Kiyev” (Ukrayna) – “Kopenhagen” (Danimarka) - 1:1;

“Malmö” (İsveç) – “Luqano” (İsveçrə) - 2:1.

C qrupu:

“Xetafe” (İspaniya) – “Bazel” (İsveçrə) - 0:1;

“Trabzonspor” (Türkiyə) – “Krasnodar” (Rusiya) - 0:2.

D qrupu:

“Sportinq” (Portuqaliya) – “Rusenborq” (Norveç) - 1:0;

PSV (Hollandiya) - LASK (Avstriya) - 0:0.

E qrupu:

“Seltik” (Şotlandiya) – “Latsio” (İtaliya) - 2:1;

“Renn” (Fransa) – “ÇFR Kluj” (Rumıniya) - 0:1.

F qrupu:

“Arsenal” (İngiltərə) – “Vitoriya” (Portuqaliya) - 3:2;

“Ayntraxt” (Almaniya) – “Standard” (Belçika) - 2:1

G qrupu:

“Portu” (Portuqaliya) – “Qlazqo Reyncers” (Şotlandiya) - 1:1;

“Yanq Boyz” (İsveçrə) – “Feyenoord” (Hollandiya) - 2:0.

H qrupu:

MOİK (Rusiya) – “Ferentsvaroş” (Macarıstan) - 0:1;

“Lüdoqorets” (Bolqarıstan) – “Espanyol” (İspaniya) - 0:1.

I qrupu:

“Gent” (Belçika) – “Volfsburq” (Almaniya) - 2:2;

“Sent-Etyen” (Fransa) – “Aleksandriya” (Ukrayna) - 1:1.

J qrupu:

“Roma” (İtaliya) – “Borussiya Mönxenqladbax (Almaniya) - 1:1;

“Başakşehir” (Türkiyə) – “Volfsberq” (Avstriya) - 1:0.

K qrupu:

“Beşiktaş” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 1:2;

“Slovan” (Bratislava, Slovakiya) – “Vulverhempton” (İngiltərə) - 1:2.

L qrupu:

“Partizan” (Serbiya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1;

“AZ Alkmar” (Hollandiya) – “Astana” (Qazaxıstan) - 6:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.