İDMAN


UEFA Avropa Liqası: “Universitatea” və “Səbail” komandalarının start heyətləri açıqlanıb

Bakı, 18 iyul, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-də Krayivo şəhərində keçiriləcək “Universitatea” (Rumıniya) - “Səbail” oyunu üçün komandaların start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, “Səbail” klubunun ilk 11-liyində Daniel Bojinovski, Elvin Yunuszadə, Şəhriyar Rəhimov, Urfan Abbasov, Eriko, Yevqeni Koçuk, Andrey Beybelayev, Rahid Əmirquliyev, Bilal Həmdi, Mirabdulla Abbasov və Ağabala Ramazanov yer alıblar.

“Universitatea”nın heyətində isə meydana Mirko Pilyaçello, Renato Keliç, Boqdan Vetejolo, Mixay Roman, Aleksandru Matey, Nikuşor Banku, Kamer Caka, Antoni İvanov, Kristian Berbuc, Stefan Aka və İvan Martiç çıxacaqlar.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında “Bayıl Arena”da keçirilən birinci görüşdə qonaqlar üstün olublar - 2:3.

Qarşılaşmanı İslandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Xelqi-Mikael Yoxanssonın köməkçiləri həmyerliləri Yoxan Qudmundsson və Brinqeyr Valdimarsson olacaqlar. İvar-Ori Kristyansson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

“Səbail” Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılarsa “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.