İDMAN


UEFA Avropa Liqası: "Neftçi" doğma meydanda "Uypeşt" klubunu məğlub edib YENİLƏNİB 2

Bakı, 12 iyul, AZƏRTAC

Qarşılaşmanın ikinci hissəsində hücumlarını artıran paytaxt təmsilçiləri 72-ci dəqiqədə istəklərinə çatıblar. Baqali Dabo dublunu rəsmiləşdirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə paytaxt təmsilçisi hesab arasındakı fərqi artırıb. Emin Mahmudov adını tabloya yazdırıb. Beləliklə, "Neftçi" klubu avrokuboklardakı ilk oyununa 3:1 hesablı qələbə ilə başlayıb. 

“Dalğa Arena”da keçirilən “Neftçi”-“Uypeşt” matçının ilk hissəsi 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar açıblar. Matçın 9-cu dəqiqəsində Daniel Naqi komandasını hesabda irəli çıxarıb. Lakin qonaqların sevinci uzun sürməyib. Hesabı bərabərləşdirmək üçün irəli atılan “Neftçi” komandası görüşün 24-cü dəqiqəsində Baqali Dabonun qolu ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Sonrakı dəqiqələrdə də paytaxt təmsilçisi rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız istəklərinə nail ola bilməyiblər.

Qarşılaşmanın 37-ci dəqiqəsində “Neftçi”nin heyətində Namiq Ələsgərov zədələnərək meydanı tərk edib. Onu Emin Mahmudov əvəzləyib.

X X X

İyulun 12-də futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində “Neftçi” klubu doğma meydanda Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Dalğa Arena” stadionunda keçirilən oyunda “Neftçi” klubunun start heyətində Səlahət Ağayev, Kiril Petrov, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk, Soni Murtivar, Rəhman Hacıyev, Qoran Paracki, Dario Frederiko, Namiq Ələsgərov, Baqali Dabo yer alıblar.

“Uypeşt” klubunun heyətində isə Filip Poyoviç, Robert Lutaiski, Miyuşko Boyoviç, Bolaj Benyamin, Burikoviç Cenan, Ceke Benyamin, Boyan Sankoviç, Donat Coter, Daniel Nod, Branko Pauleviç və Şomo Novotnı meydana çıxıblar.

Qeyd edək ki, “Neftçi” klubu “Uypeşt” komandasına qarşı cavab qarşılaşması iyulun 19-da baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.