UEFA Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib
AzerTAg.az
Bakı, 4 dekabr, Nicat Məmmədov, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turundakı görüşlərin nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada Fransanın “Lill” klubundan Burak Yılmaz, Norveçin “Molde” komandasından Maqnus Eykrem, Portuqaliyanın “Braqa” klubundan Qaleno və İtaliya “Milan” komandasından Yens Peter-Hauge namizəddirlər.
B.Yılmaz evdə Çexiyanın “Sparta” (Çexiya) komandasını 2:1 hesabı ilə məğlub etdikləri matçda dubl edib. M.Eykrem komandasının İrlandiyanın “Dandolk” klubunu 3:1 hesabı ilə qalib gəldiyi oyunda bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Qaleno “Braqa”nın Yunanıstanda AEK-i 4:2 hesabı ilə üstələdiyi qarşılaşmada fərqlənib. Y.Hauge isə evdə “Milan” komandasının Şotlandiyanın “Seltik” klubu üzərində 4:2 hesablı qələbəsində mühüm rol oynayaraq bir qol vurub və bir məhsuldar ötürmə edib.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbərin mətnində orfoqrafik səhv var