İDMAN
UEFA Avropa Liqasında qrup mərhələsinə yüksələn son 22 klub müəyyənləşib
Bakı, 26 avqust, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasında “pley-off” mərhələsinin cavab oyunları başa çatıb.
AZƏRTAC xəbər verir ki, qrup mərhələsinə yüksələn son 22 klub müəyyənləşib. Onlardan ikisi Azərbaycan təmsilçiləri – “Qarabağ”la “Qəbələ” olub.
Eyni zamanda, Yunanıstanın “Olimpiakos”, “Panatinaikos” və PAOK, Belçikanın “Anderlext”, “Gent” və “Genk”, Türkiyənin “Fənərbağça” və “Osmanlıspor”, Avstriyanın “Austria” və “Rapid”, Çexiyanın “Slovan” və “Sparta”, İtaliyanın “Sassuolo”, Fransanın “Sent-Etyen”, Hollandiyanın AZ, Rusiyanın “Krasnodar”, Ukraynanın “Şaxtyor”, Rumıniyanın “Astra”, İsrailin “Makkabi” (Təl-Əviv), Qazaxıstanın “Astana” komandaları da qrup mərhələsinə yüksəlib.