İDMAN


UEFA Avropa Liqasının 2020/2021-ci il mövsümünün finalına bilet satışı başlanır

Bakı, 4 may, AZƏRTAC

UEFA Avropa Liqasının 2020/2021-ci il mövsümünün finalına bilet satışı başlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. Mayın 26-da Qdanskda baş tutacaq qarşılaşmada stadion tutumunun 25 faizi nisbətində, yəni, 9 min 500 azarkeş iştirak edəcək. Həlledici mərhələyə vəsiqə qazanan klublar hərəsi iki min nəfərlik bilet alacaq. Digər 4 min 500 biletin satışı isə UEFA-nın saytında təşkil ediləcək.

Qeyd edək ki, bu həftə Avropa Liqasında yarımfinalın cavab görüşləri keçiriləcək. “Arsenal” “Vilyarreal”ı qəbul edəcək (ilk oyun 1:2). “Roma” isə “Mançester Yunayted”in qonağı olacaq (ilk oyun 2:6).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.