İDMAN
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçını idarə edəcək hakimlər müəyyənləşib
Bakı, 13 may, AZƏRTAC
UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün mayın 29-də Bakıda keçiriləcək final matçını İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, mayın 29-da “Arsenal” – “Çelsi” görüşünün idarə olunması Canluka Rokkiyə tapşırılıb. Ona Fillipo Meli və Lorenzo Manqanelli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Orsato yerinə yetirəcək.
Final görüşündə videonəzarət sistemində (VAR) çalışacaq heyətin rəhbəri Massimiliano İrrati olacaq. Ona Marko Quida, Şimon Marçiniak və Pavel Sokolnitski kömək edəcəklər.
Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu saat 23:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]