İDMAN


UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub

Bakı, 11 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kölndə İngiltərənin “Mançester Yunayted” komandası isə Danimarkanın “Kopenhagen”i üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə “İnter” və “Mançester Yunayted” üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı “MSV Arena”da İngiltərənin “Vulverhempton” klubu İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. Gelzenkirxendəki “AufŞalke Arena”da isə Ukraynanın “Şaxtyor” klubu İsveçrənin “Bazel” komandası ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.