İDMAN


UEFA Avropa Liqasının kuboku Qazaxıstanda nümayiş etdirilir

Bakı, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Qazaxıstanın Almatı şəhərində “Turizm və səyahət” beynəlxalq sərgisi işə başlayıb.

AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq final oyununun təbliği məqsədilə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu beynəlxalq sərgidə birgə iştirak edir.

UEFA Avropa Liqasının kubokunun nümayiş etdirildiyi sərgidə iştirakçılara final oyunu ilə bağlı məlumatlar təqdim olunur.

Sərginin işinə aprelin 19-da yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.