İDMAN


UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı məlum olub

Bakı, 15 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 14-də UEFA Avropa Liqasının son iki dörddəbir finalçısı bəlli olub.

AZƏRTAC xəbər verir ki, növbəti mərhələyə son iki vəsiqənin sahibi əlavə vaxtda müəyyənləşib. İlk görüşdə İspaniyada “Slaviya” ilə 2:2 hesablı heç-heçə etmiş “Sevilya” eyni nəticəni Çexiyadakı görüşün əsas vaxtında da göstərib. Uzatma dəqiqələrində isə “Slaviya” 2:1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə topu119-cu dəqiqədə İbrahim-Benjamin Traore tərəfindən vurulub. Beləliklə, UEFA Avropa Liqasının 5 qat qalibi “Sevilya” mübarizəni səkkizdəbir finalda dayandırmalı olub. “Slaviya” isə gecənin sensasiyasını gerçəkləşdirib.

“Benfika” Xorvatiyanın paytaxtı Zaqrebdə 0:1 hesabı ilə uduzduğu “Dinamo”nu Portuqaliyada əsas vaxtda 1 qolla məğlub edib. Əlavə vaxtda isə Lissabon komandası daha 2 qol vuraraq, adını növbəti mərhələyə yazdırıb.

Beləliklə, dörddəbir finala bu komandalar yüksəliblər:

“Ayntraxt” (Almaniya);

“Arsenal” (İngiltərə);

“Valensiya” (İspaniya); “Benfika” (Portuqaliya);

“Çelsi” (İngiltərə);

“Vilyarreal” (İspaniya);

“Napoli” (İtaliya);

“Slaviya” (Çexiya).

Qeyd edək ki, UEFA Avropa Liqasının final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.