İDMAN


UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilir

Bakı, 29 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilir.

AZƏRTAC xəbər verir ki, İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi “Roma” İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.

İngiltərənin digər klubu “Arsenal” isə İspaniyada “Qarabağ”la eyni qrupda mübarizə aparan “Vilyarreal”la üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.