İDMAN


UEFA Avropa çempionatının iki finalını təxirə salıb

Bakı, 2 aprel, AZƏRTAC

17 yaşadək oğlan futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri təxirə salınıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında qəbul olunub.

Final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Həmçinin apreldə keçirilməsi nəzərdə tutulan futzal üzrə UEFA Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.