İDMAN


UEFA Avropa çempionatının təşkilatçılarının sayını azaltmaq niyyətində deyil

Bakı, 27 yanvar, AZƏRTAC

UEFA hazırkı şəraitdə məhdud sayda iştiraka baxmayaraq, Avropa çempionatının 12 şəhərdə keçirilməsi formatını saxlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb.

Məlumatda bildirilib ki, ev sahibi şəhərlərin hamısı turniri təşkil etmək niyyətində olduqlarını açıqlayıblar. Hazırda UEFA qitə çempionatı ilə bağlı 12 təşkilatçı şəhərlə azarkeşlərin stadionlara buraxılmasına dair dörd mümkün variantı nəzərdən keçirir. Belə ki, oyunların tam dolu stadionlarda keçiriləcəyi, yaxud ümumi tutumun 75, 50 və ya 25 faizi qədər azarkeşin qarşılaşmaları seyr etməsinə imkan yaradılacağı müzakirə olunur.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınan çempionata Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi edəcək.

Bakı Olimpiya Stadionu turnirin “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına ev sahibliyi edəcək. İsveçrə-Uels oyunu iyunun 12-də, Türkiyə-Uels qarşılaşması ayın 16-da, Türkiyə-İsveçrə matçı isə dörd gün sonra təşkil olunacaq. Bakıda baş tutacaq dörddəbir final mərhələsinin bir görüşü isə iyulun 3-də keçiriləcək.

“Avro-2020” iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.