İDMAN
UEFA ÇEMPİONLAR LİQASININ NÖVBƏTİ MƏRHƏLƏSİNİN PÜŞKÜ ATILMIŞDIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, UEFA cempionlar liqasının səkkizdəbir final mərhələsinin püşkü atılmışdır. Püşkatmanın nəticələrinə görə ilk oyunlar 2006-cı il fevralın 21-22-də keçiriləcəkdir. “Çelsi” (İngiltərə)-“Barselona” (İspaniya), “Real” (İspaniya)-“Arsenal” (İngiltərə), “Verder” (Almaniya)-“Yuventus” (İtaliya), “Bavariya” (Almaniya)-“Milan” (İtaliya), PSV (Hollandiya)-“Lion” (Fransa), “Ayaks” (Hollandiya)-“İnter” (İtaliya), “Benfika” (Portuqaliya)-“Liverpul” (İngiltərə), “Reyncers” (Şotlandiya)-“Vilyarreal” (İspaniya).
Cavab görüşləri isə martın 7-8-də olacaqdır.