İDMAN


UEFA Çempionlar Liqası: “Araz” Ukrayna çempionu “Xerson”la qarşılaşacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Naxçıvanın “Araz” futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Ukrayna çempionu “Xerson”la qarşılaşacaq.

Bakı vaxtı ilə saat 19:30-da başlayacaq oyunu israilli baş hakim Moşe Bohbot idarə edəcək. Ona polşalı Damian Jaruchievicz və moldovalı Viktor Bugenko kömək edəcəklər.

Azərbaycan çempionu Belçikanın “Halle-Gooik” klubuna 5:1, Portuqaliyanın “Benfika” komandasına 7:0 hesabı ilə məğlub olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.