İDMAN


UEFA Çempionlar Liqası: “Atalanta” “Valensiya”nı məğlub edib

Bakı, 20 fevral, Nicat Məmmədov, AZƏRTAC

Fevralın 19-da futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ikinci oyun günündə iki qarşılaşma baş tutub.

İtaliyanın “Atalanta” klubu doğma azarkeşlər önündə İspaniyanın “Valensiya” komandasını qəbul edib.

Görüş italyanların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda İngiltərənin “Tottenhem” komandasını öz meydanında Almaniyanın “Leyptsiq” klubu minimal hesabla məğlub edib (1:0).

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.