İDMAN


UEFA Çempionlar Liqası: “Atalanta” son dəqiqələrdə qələbəni əldən verib

Bakı, 13 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə “Paris Sen-Jemen” (Fransa) - “Atalanta” (İtaliya) oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, Lissabondakı “Estadio da Luz” stadionunda baş tutan görüş “Paris Sen-Jermen”in qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı “Atalanta” 27-ci dəqiqədə Mario Paşaliç sayəsində açıb.

Fasilədən sonra fransızların qol vurmaq şansı olsa da, hesab dəyişilməyib.

Matçın 90-cı və 90+2-ci dəqiqələrində “Paris Sen-Jermen” geridönüş edərək ardıcıl iki qol vuraraq vacib qələbə qazanıb.

Qolları müvafiq olaraq Markinyos və Erik Maksim Şupo-Motinq vurub.

Bu qələbə sayəsində “Paris Sen-Jermen” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Paytaxt təmsilçisi yarımfinalda “Letptsiq” (Almaniya) - “Atketiko Madrid” (İspaniya) oyununun qalibi ilə qarşılaşacaq. Həmin oyun avqustun 13-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dörddəbir final mərhələsinin digər oyunlarında “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar isə müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.