İDMAN


UEFA Çempionlar Liqası: “Başakşəhər” və “Krasnodar” öz meydanlarında məğlub olub

Bakı, 8 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 7-də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin növbəti beş oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Başakşəhər” doğma azarkeşlər önündə Yunanıstanın “Olimpiakos” klubuna məğlub olub - 0:1. Portuqaliyanın “Portu” klubu səfərdə Rusiyanın “Krasnodar” komandasını eyni hesabla məğlubiyyətə uğradıb.

Avstriyanın LASK klubu səfərdə İsveçrə təmsilçisi “Bazel”i 2:1 hesabı ilə üstələyib. “CFR Cluj” (Rumıniya) - “Seltik” (Şotlandiya) oyununda isə qalib müəyyənləşməyib - 1:1.

Günün son oyununda “Rusenborq” (Norveç) səfərdə “Maribor” (Sloveniya) klubunu məğlub edib – 3:1.

Bu komandalar arasında cavab görüşləri bir həftə sonra keçiriləcək.

Xatırladaq ki, ötən gün Azərbaycan çempionu “Qarabağ” üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə Kiprin APOEL klubunu 2:1 hesabı ilə məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.