İDMAN


UEFA Çempionlar Liqası: “Beşiktaş” yenə məğlub oldu

Bakı, 28 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun erkən başlayan görüşlərinin biri Niderlandda oynanılıb. Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” klubu “Ayaks”ın qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə İtaliyanın “İnter” klubu səfərdə Ukraynanın “Şaxtyor” komandası ilə heç-heçə edib - 0:0.

Qeyd edək ki, İstanbul təmsilçisi ilk turda öz meydanında “Borussiya Dortmund”a məğlub olub. “Ayaks” isə səfərdə “Sportinq”ı darmadağın edib (5:1).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.