İDMAN


UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Bakı, 8 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Noyabrın 8-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu və ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin dördüncü turundakı qarşılaşmalarda göstərdikləri oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Harri Keyn (Tottenhem), Kərim Benzema (Real Madrid), Riyad Mahrez (Mançester Siti) və Milan Pavkov (Çrvena Zvezda) iddialıdırlar.

Həftənin ən yaxşı qolunun müəllifi isə “Çrvena Zvezda”nın yarımmüdafiəçisi Milan Pavkovun “Liverpul”un, “Mançester Siti”nin gənc ulduzu Rəhim Sterlinqin “Şaxtyor”un, “Porto”nun yarımmüdafiəçisi Otavionun “Lokomotiv”in, “Yuventus”un yeni transferi Kriştiano Ronaldonun isə “Mançester Yunayted”in qapısına vurduğu qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində noyabrın 10-da müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.