İDMAN


UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 12 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarının ən yaxşı futbolçusu müəyyənləşib.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İngiltərənin “Liverpul” klubunun braziliyalı hücumçusu Roberto Firmino azarkeşlər arasında aparılan sorğuya əsasən, ən yaxşı oyunçu adına layiq görülüb.

İyirmi beş yaşlı hücumçu bu nominasiyada Heung-Min Son (“Tottenhem”, İngiltərə), Jerar Pike (“Barselona”, İspaniya) və Frenk de Yonqu (“Ayaks”, Hollandiya) qabaqlayıb.

Firmino dörddəbir finalında doğma meydanda Portuqaliyanın “Portu” klubunu məğlub etdikləri matçda (2:0) bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın saytında aparılan səsvermə nəticəsində müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.