İDMAN


UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

Bakı, 4 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 4-də UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin ikinci turundakı qarşılaşmalarda göstərdikləri oyunlara görə həftənin ən yaxşı futbolçusu adına Paulo Dibala (Yuventus), Neymar (PSG), Edin Dzeko (Roma) və Lionel Messi (Barselona) iddialıdırlar.

Həftənin ən yaxşı qolu nominasiyasının qalibi isə “Yuventus”un hücumçusu Paulo Dibalanın İsveçrənin “Yanq Boyz” komandasının, PSG-nin hücumçusu Neymarın cərimə zərbəsini yerinə yetirərək “Srvena Zvezda”nın, Belçikanın “Brügge” klubunun yarımmüdafiəçisi Arno Qruneveldin “Atletiko Madrid”in, “Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Tottenhem”in qapısından keçirdiyi qollar arasından seçiləcək.

Qaliblər UEFA-nın saytında aparılan səsvermə nəticəsində oktyabrın 7-də müəyyənləşəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.