İDMAN
UEFA Çempionlar Liqası: Həftənin rəmzi komandası açıqlanıb
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 15-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin rəmzi komandası açıqlanıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, mərhələnin rəmzi “11-liy”ində Uqo Liris, Serj Orye, Yan Vertonqen (hər üçü “Tottenhem”, İngiltərə), Presnel Kimpembe (“Paris Sen-Jermen”, Fransa), Nikolo Caniolo (“Roma”, İtaliya), Son Xın Min, Kristian Eriksen (hər ikisi “Tottenhem”), Andre Di Mariya (“Paris Sen-Jermen”), Kərim Benzema (“Real Madrid”, İspaniya), Edin Dzeko (“Roma”) və Kilyan Mbappe (“Paris Sen-Jermen”) yer alıblar.
Xatırladaq ki, qurum rəsmi saytı, həmçinin həftənin ən yaxşı futbolçusunun da adını açıqlayıb. Azarkeşlər arasında aparılan sorğuya əsasən, İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Yan Vertonqen ən yaxşı oyunçu adına layiq görülüb.