İDMAN
UEFA Çempionlar Liqası: “Lex" - "Qarabağ" oyununun ilk hissəsi başa çatıb
Bakı, 5 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lex" (Polşa) - "Qarabağ" (Ağdam) oyununun ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən hissə Polşa təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 1:0. Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.
Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.