İDMAN


UEFA Çempionlar Liqası: “Liverpul” və “Paris Sen-Jermen” komandaları səfərdə məğlub olub

Bakı, 19 fevral, Nicat Məmmədov

Fevralın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinə start verilib.

AZƏRTAC xəbər verir ki, mərhələnin ilk günündə iki qarşılaşma oynanılıb.

Turnirin son çempionu İngiltərənin “Liverpul” klubu səfərdə İspaniyanın “Atletiko Madrid” komandasının qonağı olub.

Görüşün taleyini bir qol həll edib. Matçın 4-cü dəqiqəsində madridlilərin yarımmüdafiəçisi Saul Niquez fərqlənərək komandası üçün vacib qələbə qazandırıb.

Günün digər maraq doğuran görüşü Almaniyada baş tutub. “Borussiya Dortmund” Fransanın “Paris Sen-Jermen”i klubunu qəbul edib.

İlk hissədə azarkeşlər qol görməsə də, fasilədən sonra oyun daha məhsuldar keçib.

Qarşılaşmanın 69-cu dəqiqəsində meydan sahibləri Erlinq Hollandın sayəsində hesabı açıb - 1:0. Qoldan altı dəqiqə sonra “Paris Sen-Jermen”nin əsas qol silahı sayılan braziliyalı Neymar hesaba tarazlıq gətirib - 1:1. Dortmund təmsilçisinin cavabı çox çəkməyib. Oyunun 77-ci dəqiqəsində E.Holland dublu rəsimləşdirib - 2:1. Bu, oyunda son qol olub.

Qeyd edək ki, bu komandaların arasında cavab görüşləri martın 12-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.