İDMAN


UEFA Çempionlar Liqası: “Mançester Siti” səfərdə qələbə qazanıb

Bakı, 29 aprel, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Park de Prens” stadionunda mərhələnin ən maraqlı görüşündə Fransanın “Paris Sen-Jemen” klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edib.

Almaniyalı FIFA referisi Feliks Brixin idarə etdiyi görüş 2:1 hesabı ilə “Mançester Siti” klubunun qələbəsi ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri 15-ci dəqiqədə açıb. Anxel Di Mariyanın kunc ötürməsindən sonra hamıdan tez topa yetişən Markinyos dəqiq baş zərbəsi ilə topu qapıya göndərib.

Fasilədən sonra hücumların kəsərin artıran Mançester təmsilçisi hesaba tarazlıq gətirib. Qarşılaşmanın 64-cü dəqiqəsində Kevin De Brünye uzan məsafədən fərqlənib. Matçın 71-ci dəqiqəsində “şəhərli”lər hesabda önə çıxıb. Hakimin təyin etdiyi cərimə zərbəsini Riyad Mahrez dəqiq yerinə yetirib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Xatırladaq ki, ötən gün yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib - 1:1. Bu komandalar arasında cavab görüşləri bir həftə sonra təşkil olunacaq.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.