İDMAN


UEFA Çempionlar Liqası: “Napoli” öz meydanında “Barselona” ilə heç-heçə edib

Bakı, 26 fevral, Nicat Məmmədov

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, “San Paolo” stadionunda oynanılan görüşdə “Napoli” klubu “Barselona” komandasını qəbul edib.

Görüş 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Oyunda hesabı meydan sahibləri açıb. Dris Mertena 30-cu dəqiqədə hesabı açıb. Fasilədən sonra Kataloniya təmsilçisi hesaba tarazlıq gətirib. Antuan Qrizman cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu komandalar arasındakı cavab görüşü martın 18-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.