İDMAN


UEFA Çempionlar Liqası: PSJ “Crevena Zvezda” klubunu böyük hesabla məğlub edib

Bakı, 3 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 3-də UEFA Çempionlar Liqasında ikinci turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, C qrupunda Fransanın PSJ klubu doğma meydanda Serbiyanın "Crevena Zvezda" klubunu qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb (6:1).

Qrupun digər oyununda İtaliyada “Napoli” klubu İngiltərənin "Liverpul" komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

D qrupunda Rusiyanın "Lokomotiv" komandası Almaniyanın "Şalke" klubunu qəbul edib. Matç qonaqların 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun digər oyununda Türkiyənin "Qalatasaray" klubu Portuqaliyanın "Porto" komandasının qonağı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.