İDMAN


UEFA Çempionlar Liqası: Paolo Dibaladan xet-trik, David Silvadan isə sonuncu dəqiqələrdə qol

Bakı, 2 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 2-də UEFA Çempionlar Liqasının ikinci turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun açılış oyununda iki qarşılaşma baş tutub. İlk turda doğma meydanda gözlənilmədən Fransanın "Lion" klubuna məğlub olan "Mançester Siti" səfərdə "Hoffenhaym" klubu ilə qarşılaşıb. Oyunda hesabı almanlar 57-ci saniyədə açıb. Kerem Dəmirbayın təkbətək ötürməsini İsak Belfodil dəqiq zərbə ilə tamamlayıb - 1:0. Oyunun favoriti sayilan "Mançester Siti"nın qol cavabı çox çəkməyib. Matçın 8-ci dəqiqəsində ingilislərin alman hücumçusu Leroy Sane cinahdan iki müdafiəçini arxada qoyaraq Kun Aqueraya məhsuldar ötürmə verib, sonuncu fürsəti əldən verməyib - 1:1. Qalan dəqiqələrdə var gücü ilə hücuma atılan Pep Qvardiolanın yetirmələrinin rəqibin qapsı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, "Hoffenhaym" klubu isə əks hücumlara bel bağlasa da hesab dəyişilməyib.

Fasilədən sonra da, hesab 86-ci dəqiqəsinə gedər dəyişilməmiş qalıb. David Silva müdafiəçilərin səhvini bağışlamayaraq komandasının vacib qolun vurub.

Beləliklə, "Mançester Siti" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. İlk turda "Mançester Siti" Fransanın "Liona" klubuna məğlub olub (2:1), "Hoffenhaym" isə Ukraynanın "Şaxtyor” klubu ilə heç-heçə edib.

F qrupun digər qarşılaşması Fransanın "Groupama" stadionunda keçiriləcək. Həmin oyunda "Lion" - "Şaxtyor" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turun digər açılış oyunu "Allianz" stadionunda keçirilib. İsveçrənin "Yanq Boyz" klubu İtaliyanın "Yuventus" komandasının qonağı olub. İlk turda Kriştianu Ronaldu "Valensiya"ya qarşı oyunda qırmızı alıb. Bu səbəbdən turinlilər portuqaliyalısız meydana çıxıblar. Buna baxmayaraq ilk dəqiqələrdən gözəl oyun nümayiş etdirən "qoca sinyora" 5-ci dəqiqədə hesabı açıb. Özlərinə aid meydançadan "Yuventus" klubunun müdafiəçisi Leonardo Bonuçi Paolo Dibalaya məhsuldar ötürmə verib, sonuncu saxlamadan qapıya dəqiq zərbə vurub - 1:0. Qoldan iyirmi səkkiz dəqiqə sonra meydan sahibləri yenidən Paolo Dibalanın sayəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Belə ki, Blez Matuidinin qüvvətli zərbəsini "Yanq Boyz" klubunun qapıçısı David von Ballmos qaytarsa da özünü topa hamıdan tez yetişdirən argentinalı dublun rəsmiləşdirib - 2:0. Birinci hissə italyanlıların 2:0 hesabı ilə üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Yuventus” klubu yenidən qonaqları meydanın mərkəzinə dəvət edib. Bu dəfə də, Paolo Dibala fərqlənib, amma Xuan Kuadradonun cinah ötürməsindən sonra - 3:0. Buda oyunda sonuncu qol olub. Beləliklə, "Yuventus" klubu xalların sayını 6-ya çatdıraraq H qrupunda liderliyini davam etdirir. "Yanq Boyz" isə 0 xalla sonuncu yerdə qərarlaşıb.

Qrupun digər qarşılaşmasında "Mançester Yunayted" doğma meydanda "Old Traffor"da İspaniyanın "Valensiya" klubunu qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.