İDMAN
UEFA Çempionlar Liqası: “Qalatasaray” pley-offa yüksəlmək şansını itirib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 28-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna iki oyunla start verilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın “Lokomotiv” klubu Moskvada Türkiyə təmsilçisi “Qalatasaray”ı qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Meydan sahiblərinin heyətində Donk (öz qapısına) və İqnatyev fərqləniblər.
Bununla da İstanbul klubu pley-offa yüksəlmək şansını itirib. Hesabında 4 xal olan “Qalatasaray” ikinci pillədə qərarlaşan “Şalke”dən 4 xal geri qalır.
Günün digər matçında isə Madridin “Atletiko” klubu doğma azarkeşləri önündə Tyeri Anrinin çalışdırdığı “Monako”nu qəbul edib. Oyun 2:0 hesabı ilə madridlilərin qələbəsi ilə başa çatıb. “Atletiko”nun qollarına Qrizman və Badyaşil (öz qapısına) imza atıblar.
Bununla da “Atletiko” xallarının sayını 12-yə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]