İDMAN
UEFA Çempionlar Liqası: “Qalatasaray” və “Tottenhem” səfərdə heç-heçə edib
Bakı, 18 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” səfərdə Belçikanın “Brügge” klubu ilə qarşılaşıb. Qarşılıqlı hücumların müşahidə olunduğu görüşdə hesab açılmayıb.
“A” qrupunun digər oyunu Fransada “Paris Sen Jermen” - “Real Madrid” komandaları arasında olacaq.
Günün digər görüşlərindən biri B qrupunda yer alan Yunanıstanın “Olimpiakos” və İngiltərənin “Tottenhem” klubu arasında keçirilib. Görüşdə ingilislər hesabda 2:0 öndə olsalar da meydan sahibi ardıcıl iki qolla hesabı bərabərləşdirməyə nail olub.
“Tottenhem”in heyətində Hari Keyn (26), Lukas Maura (30), “Olimpiakos”un isə Daniel Podense (44) və Mathieu Valbuena (54) fərqləniblər.
Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib - 2:2.